Ağdamda baş verən yanğın tam söndürülüb

Hadisə

Ağdam rayonunda son günlər baş vermiş açıq ərazi yanğınları Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi nəticəsində tam söndürülüb.
Yanğınlar əsasən rayonun Kəngərli, Papravənd və Sarıcalı kəndləri istiqamətində qeydə alınıb.
Məlumata görə, yanğınların baş verdiyi ərazilərin bir hissəsi minalanmış olduğundan söndürmə işləri xüsusi təhlükəsizlik tədbirləri altında aparılıb.
Güclü külək alovun geniş sahələrə yayılması riskini artırsa da, FHN əməkdaşlarının çevik fəaliyyəti nəticəsində yanğının yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyi bildirib ki, görülən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın tam nəzarətə götürülərək söndürülüb.
Hazırda ərazidə vəziyyət sabitdir və təhlükəsizlik tədbirləri davam etdirilir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir