Görüntünü izləyəndə görürsən ki, çox ədalətsiz qərardır

Hadisə
Çox ədalətsiz qərardır, çox… Qadın olmağı, ana olmağı məsələ deyil, lap kişi olsun, lap dünyanın ən pis adamı olsun, yenə də ədalətsiz qərardır.!
Yanılmıramsa Mərdəkan yolunda dəhşətli qəza olmuşdu, qazel sərnişin avtobusuna toxunmuşdu, avtobus dayanacağa çırpılıb aşmışdı, ölümlər və xeyli xəsarət alanlar olmuşdu. Qazelin sürücüsü də gənc tələbəydi, həbs etmişdilər.
O qəza çox müzakirə olundu, o gündən bəri avtomobil qəzaları haqda düşünürəm və öz daxilimdə bu qərara gəlmişəm ki, adı üstündə, qəzadır, bir gün mənim yaxın insanım belə qəzada həlak olsa, qətiyyən şikayətçi olmaram.
Ümumiyyətlə xalq olaraq, bəlkə də, dünya əhalisi olaraq ölüm haqda çox yanlış fikirdəyik, həm hər şeydə haqq-ədalət istəyirik, həm də dünyada ən ədalətli olan ölümə qarşı çox üsyankarıq.
Axı bu ölüm mərəti bir qayda olaraq hamı üçün var, kimin qapısını necə döyməyindən asılı olmayaraq, mütləq hamı üçün var. Varlıya da, kasıba da var, Rusa da, Erməniyə də var, belə lap istəsəniz İsrailə də var, Amerikaya da var.
Yol nəqliyyat qəzalarındakı ölümlərsə dəhşətli olduğu qədər, məsumdur həm də.
Bəlkə bu “məsum” sözü doğru deyil, bəlkə ən dəqiqi heç bir qəsd, plan, qabaqcadan düşünülmüş olmayışdır. Kim istəyər ki, yollara ünvan başına çatmaqçün çıxdığı gün kimisə məzara, özünü dörd divar içinə həbs etsin.
Elə son hadisələrdəki video görüntülərdə də bir qəsd yoxdur axı, nə Arzum adlı bloqqer istəyərdi yanından yüksək sürətlə şütüyən maşın qəzaya düşüb sürücüsü həlak olsun, nə də avtomobili xarab olduğuyçün yol kənarında saxlayan maşının şoferi istəyərdi gənc bir qız motosiklla maşınına çırpılıb vəfat etsin. Heç rəhmətə gedən sürücülər də bu hadisələrin yaşanmağını istəməzdi.
Madam ki, ortada bir qəsd, plan, qabaqcadan düşünülmüş nəsə yoxdur, niyə israrla cinayətkar axtarılır.
Axı ölüm heç kimin qaça bilməyəcəyi bir həqiqətdir, ortada bir qəsd olmadığı halda bu ölümləri kiminsə boynuna yükləmək nə qədər doğrudur.?!
Ömür boyu maşına həvəsim olmayıb, maşın mənimçün yeganə mövzudur ki, söhbəti açılanda susuram, özümsə uşaqlıqdan yüksək sürət xəstəsiyəm, ancaq hansısa ralli yarışlarında bu xəstəliyimə dərman istəyərəm, yoxsa şəhərdə maşın sürüm, kənddə sürmək öyrənim, heç vaxt həvəsim olmayıb. Mənə çox dəhşətli və qorxulu gəlir, neçə dəfə dostlar deyib gəl öyrədək, sonra prava-zad alarsan, istəməmişəm.
Nəbilim, hadisədir də, kimini ildırım vurur ölür, kimi günvurmadan ölür, avtomobil qəzaları da mənə bu cür gəlir.

Təbii ki, eşşək sürücülər, vəhşi kimi sürənlər az deyil, onlar ayrı məsələdir, bu qeyd etdiyim iki qəza niyə, necə cinayət hesab oluna bilər, anlamıram.

bir veya daha fazla kişi ve yazı görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir