Qarabağ savaşının ilk böyük əməliyyatı – Çaykənddən 35 il keçir

ölkə

30 aprel 1991-ci ildə “Halqa” (“Çaykənd əməliyyatı”) başladı, onun məqsədi Azərbaycanın Xanlar (indiki Göygöl) və Goranboy rayonlarında qeyri-qanuni Ermənistan silahlı birləşmələrinin silahsızlaşdırılması idi.

Əməliyyat nəticəsində dinc azərbaycanlılara hücumların baş verdiyi Çaykənd, Qarabulaq, Kamo, Yeni Zod, Todan və digər yaşayış məntəqələri qeyri-qanuni erməni silahlı birləşmələrindən azad edildi.

Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir