Xalq şairi Süleyman Rüstəm xatirələrində yazır:
“Əziz Əliyev indiyəcən ucuz, eybəcər Amerika filmləri görmüş əhaliyə “Azərfilm”in çəkdiyi filmləri göstərməyi məsləhət bildi. Bakıdan “Kəndlilər”, “İsmət” və digər filmlər gətirildi. Yadımdadır, sərin bir payız axşamı Gülüstan bağında açıq havada “Kəndlilər” filmi göstərilirdi. Hava getdikcə soyuyurdu. Lakin əhali quru yerdə oturub, həyəcanla filmə baxırdı. Azərbaycanımızın keçmiş həyatından, xalqımızın mübarizəsindən danışan bu film göstərildikcə, təbrizlilər əsərin qəhrəmanını alqışlarla qarşılayırdılar.”