Türkiyədə dəhşətli partlayış: İzmirin sənaye müəssisəsində ölən və yaralananlar var

Hadisə

Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad zavodunda güclü partlayış baş verib.

Hadisə noyabrın 9-da günorta saatlarında HABAŞ şirkətinin istehsalat müəssisəsində qeydə alınıb. İlkin məlumata görə, hadisə maye poladın tökülməsi prosesi zamanı baş verib.

TRT Haber-in yaydığı məlumata əsasən, partlayış nəticəsində üç nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib. İlkin məlumatlarda dağıntılar altında qalan işçilərin axtarışının davam etdiyi qeyd olunub.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib.

Partlayışın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Sənaye müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının əhəmiyyəti bu faciədən sonra yenidən gündəmə gəlib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir