İqlim dəyişiklikləri müasir dünyanın ən ciddi problemlərindən biri olaraq qalır. Qlobal istiləşmə, quraqlıq, daşqınlar, meşə yanğınları və su ehtiyatlarının azalması milyonlarla insanın həyatına təsir göstərir.
Noyabrın 9-da Türkiyənin Antalya şəhərində COP31 konfransının açılması beynəlxalq ictimaiyyətin diqqətini yenidən ekoloji təhlükəsizlik məsələlərinə yönəldib.
Konfrans çərçivəsində dövlətlərin iqlim dəyişikliklərinə qarşı mübarizə strategiyaları, karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrinin inkişafı əsas müzakirə istiqamətlərindəndir.
Azərbaycan üçün də bu məsələlər xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz günəş, külək və digər bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində layihələr həyata keçirir.
İqlim böhranının qarşısının alınması yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün dünyanın birgə məsuliyyətidir.
Ətraf mühitin qorunması, su ehtiyatlarından səmərəli istifadə və təmiz enerji texnologiyalarının inkişafı gələcək nəsillərin təhlükəsizliyi üçün vacibdir.
MUASİRMEDİA.AZ
