Yaponiyanın mərkəzi hissəsində baş verən güclü zəlzələ əhali arasında narahatlığa səbəb olub. İlkin məlumatlara görə, zəlzələnin maqnitudası 5,7 olub və hadisə nəticəsində 22-dən çox insan xəsarət alıb.
Yeraltı təkanlar yaşayış məntəqələrində hiss edilib, bəzi mağazaların şüşələri sınıb və binalarda silkələnmə müşahidə olunub.
Rəsmilər əhaliyə ehtiyatlı olmağı, mümkün təkrar təkanlara qarşı hazırlıqlı davranmağı tövsiyə ediblər. Hadisə nəticəsində sunami xəbərdarlığı verilməyib.
Yaponiya seysmik fəallığın yüksək olduğu ölkələrdən biridir. Buna görə də ölkədə zəlzələlərə hazırlıq, təhlükəsizlik tədbirləri və erkən xəbərdarlıq sistemləri xüsusi əhəmiyyət daşıyır.
MM.AZ
