31 oktyabr – 1 noyabr tarixlərində Naxçıvan Dövlət Kukla Teatrı Salyan Dövlət Kukla Teatrının qonağı olmuşdur.
Qastrol səfəri çərçivəsində qonaq teatrın kollektivi tamaşaçılara “Dəcəl bacılar” və “Özgəyə quyu qazan” tamaşalarını təqdim etmişdir. Səfər yalnız teatr sənətinin təbliği və yaradıcılıq mübadiləsi baxımından deyil, həm də Salyanın tarixi, mədəniyyəti və milli-mənəvi irsi ilə yaxından tanışlıq baxımından əlamətdar olmuşdur. Qonaq teatrın kollektivi səfər çərçivəsində Salyan Şəhidlər Abidəsini, Salyan Dövlət Tarix-Diyarşünaslıq Muzeyini, Salyan Dövlət Rəsm Qalereyasını və Salyan Heydər Əliyev Mərkəzini ziyarət etmişdir. Bu ziyarətlər zamanı qonaqlarımız Salyanın qəhrəmanlıq tarixini, zəngin mədəni irsini və incəsənət ənənələrini yaxından tanımaq imkanı əldə etmişlər.
NAXÇIVAN DÖVLƏT KUKLA TEATRININ SALYAN ŞƏHƏRİNƏ QASTROL SƏFƏRİ 31 oktyabr – 1 noyabr tarixlərində Naxçıvan Dövlət Kukla Teatrı Salyan Dövlət Kukla Teatrının qonağı olmuşdur. Qastrol səfəri çərçivəsində qonaq teatrın kollektivi tamaşaçılara “Dəcəl bacılar” və “Özgəyə quyu qazan” tamaşalarını təqdim etmişdir. Səfər yalnız teatr sənətinin təbliği və yaradıcılıq mübadiləsi baxımından deyil, həm də Salyanın tarixi, mədəniyyəti və milli-mənəvi irsi ilə yaxından tanışlıq baxımından əlamətdar olmuşdur. Qonaq teatrın kollektivi səfər çərçivəsində Salyan Şəhidlər Abidəsini, Salyan Dövlət Tarix-Diyarşünaslıq Muzeyini, Salyan Dövlət Rəsm Qalereyasını və Salyan Heydər Əliyev Mərkəzini ziyarət etmişdir. Bu ziyarətlər zamanı qonaqlarımız Salyanın qəhrəmanlıq tarixini, zəngin mədəni irsini və incəsənət ənənələrini yaxından tanımaq imkanı əldə etmişlər.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU
