Həkim-radioloq Asif Nəsirli həyatını itirdi.

Səhiyyə
Əziz dostlar, dəyərli kolleqalar!
Aldığımız məlumata əsasən, həkimlərin 4 gün davam edən bütün səylərinə baxmayaraq, Həkim-radioloq Asif Nəsirli həyatını itirdi. Vaxtsız və faciəvi hadisədən ötrü böyük kədər hissi keçirir, mərhumun ailəsinə, yaxınlarına və bütün tibb ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
A.Nəsirli öz peşəsinə sadiq, fədakar və nümunəvi bir həkim kimi xatırlanacaq. O, 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almış, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini uğurla keçmişdir. 2008-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışaraq bir çox xəstəyə ümid vermişdir.
Onun peşəkarlığı, insan sevgisi və xidməti daim ehtiramla yad ediləcək.
Allah rəhmət  elesin!

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir