Rusiya Prezidenti Vladimir Putin 9 may Qələbə günü münasibətilə 10 postsovet ölkəsi liderinə, habelə Moldova ilə Gürcüstan xalqına təbrik mesajları göndərib.
Təbrik mesajları Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Baş naziri Nikol Paşinyana, Belarus Prezidentik Aleksandr Lukaşenkoya, Qazaxıstan Prezidenti Qasım Comərd Tokayevə, Qırğızıstan Prezidenti Sadir Japarova, Tacikistan Prezidenti Emomali Rahmona, Türkmənistan Prezidenti Sərdar Berdımuxamedova, Özbəkistan Prezidenti Şavkət Mirziyoyevə ünvanlanıb.
Moldova ilə Gürcüstanın isə liderlərinə deyil, xalqlarına təbrik mesajı ünvanlanıb.
Bundan başqa, Putin tanınmamış respublikalar olan Abxaziya və Cənubi Osetiya “lider”lərini də təbrik edib.
Onu da qeyd edək ki, postsovet ölkələrindən yalnız Belarus Prezidenti A.Lukaşenko 9 may paradında iştirak etmək niyyətini bildirib. O, artıq Moskvadadır.
muasirmedia.az
