Dünya Elm Günü (Sülh və İnkişaf naminə) hər il noyabrın 10-da qeyd olunur. Bu gün UNESCO tərəfindən təsis edilib.
Bu gün elmi tədqiqatların, texnoloji yeniliklərin və innovasiyaların əhəmiyyəti bir daha gündəmə gəlir. Müasir dünyada tibb, süni intellekt, kosmik araşdırmalar, ekologiya və informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər bəşəriyyətin gələcəyinə təsir göstərir.
Dünya Elm Gününün əsas məqsədi elmi cəmiyyətlə yaxınlaşdırmaq, gənclərin elmə marağını artırmaq və elmi biliklərin sülh və davamlı inkişaf naminə istifadəsini təşviq etməkdir.
MUASİRMEDİA.AZ
