İqlim dəyişiklikləri, qlobal istiləşmə və enerji təhlükəsizliyi bu gün dünyanın qarşısında duran ən ciddi problemlər sırasındadır. Bu baxımdan COP31 beynəlxalq ictimaiyyət üçün mühüm platformaya çevrilib.
Azərbaycan da yaşıl enerji istiqamətində həyata keçirdiyi layihələrlə beynəlxalq əməkdaşlığını genişləndirməyə çalışır.
Ölkəmizin külək, günəş və digər bərpaolunan enerji mənbələri üzrə potensialı böyükdür. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonalarının yaradılması, günəş və su elektrik stansiyalarının inkişafı diqqət mərkəzindədir.
Yaşıl enerji yalnız ekoloji məsələ deyil. Bu istiqamət Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, enerji ixracının şaxələndirilməsi və yeni investisiyaların cəlb olunması baxımından da əhəmiyyətlidir.
Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri təbii enerji ehtiyatlarından əldə edilən gəlirlərlə yanaşı, alternativ enerji istehsalçısı kimi də beynəlxalq bazarda mövqeyini gücləndirməkdir.
COP31 çərçivəsində keçirilən müzakirələr bu məqsədlərin reallaşmasına yeni imkanlar aça bilər.
MUASİRMEDİA.AZ
