Məhəmməd Mirzəlini vurana Fransada 30 il iş verildi

Kriminal
Məhəmməd Mirzəlini vurana 30 il
Tənqidçi bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd işi ilə bağlı bu gün Fransanın Renn şəhərində keçirilən növbəti məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərə ağır cəzalar istəyib:
1. Emin Qasımov (kriminal çevrədə Emin Naxçıvanski kimi tanınır) – 30 il ağırlaşdırılmış həbs cəzası. Məhəmməd Mirzəlini vuran şəxsdir.
2. Mehrac Zərbəliyev – 22 il ağırlaşdırılmış həbs cəzası. Məhəmməd Mirzəlini vuran şəxsdir.
3. Rövşən Qocayev – 22 il ağırlaşıdırılmış həbs cəzası. Məhəmmədi Mirzəlini vuran şəxsdir. (Həbs edilməyib. İnterpol axtarışına verilsin, tutub gətirilsin)
4. Emin Zamanzadə – 18 il.
5. Rza Məlikov – 15 il.
6. Xəzər Xankişiyev – 5 il.
7. Ramil Sultanov – 5 il.
8. Çingiz İbrahimov – 5 il.
9. Prokuror Faiq Paşazadəyə bəraət istəyib.
Azad Söz bildirir ki, Emin Qasımov, Mehrac Zərbəliyev və Rövşən Qocayev Məhəmməd Mirzəlini birbaşa vurmaqda təqsirləndirilirlər. 18 il həbs cəzası istənilən Emin Zamanzadə isə Məhəmməd Mirzəlinin adresinin və koordinatlarının tapılmasında köməklik etməkdə təqsirləndirilir. Xəzər Xankişiyev Mirzəlini vuran şəxslərə tərcüməçilik və bələdçilik etməkdə təqsirləndirilir. Ramil Sultanov onları evində saxlamaqda təqsirləndirilir. Digər şəxslər isə Mirzəlini vuranlara Fransada müxtəlif cür köməklik göstərməkdə təqsirləndirilirlər.
Prokuror öz nitqində bu cinayətin sifarişinin Azərbaycan hakimiyyəti tərəfindən gəldiyini qeyd edib. Növbəti günlərdə məhkəmə təqsirləndirilən şəxslərlə bağlı öz yekun qərarını elan edəcək.

muasirmedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir