Ədəbiyyat insan ruhunun aynasıdırsa, bu aynada öz millətinin, öz kökünün, öz tarixinin işığını daşıyan qələm sahibləri xüsusi yer tutur.
Belə dəyərli söz adamlarından biri də şair- ədəbi sahədə Azərbaycanın Türkiyə üzrə təmsilçisi Aygün Hüseyndir. Aygün xanım təkcə doqquz kitabın müəllifi deyil, o, sözün, ruhun və milli kimliyin daşıyıcısıdır. Onun “Türk Dünyam” adlı kitabı sadəcə bir kitab yox, eyni zamanda, bir ideya, bir çağırış, bir birlik manifestidir. Bu kitabda Türk dünyasının ortaq ruhu, ortaq ağrısı və ortaq sevinci yaşayır. Mənim üçün Aygün Hüseyn yalnız bir şair deyil. O, bizi Türk dünyasına aparan bir yol rəhbəridir. Onun sayəsində biz yalnız öz yurdumuzda yox, daha geniş bir coğrafiyada — böyük Türk dünyasında nəfəs almağı, düşünməyi və özümüzü dərk etməyi öyrəndik. Aygün xanımın təşəbbüsü ilə biz Türkiyənin gözəl şəhəri Sivasda keçirilən festivallarda iştirak etdik. Bu səfər təkcə bir yolçuluq deyildi, bu, qardaşlıq, birlik və mədəni bağların daha da möhkəmləndiyi bir mənəvi körpü idi. O körpünü quranlardan biri də məhz Aygün Hüseyn oldu. Onun bu yorulmaz fəaliyyəti göstərir ki, söz adamı olmaq yalnız yazmaq deyil, həm də yol göstərmək, insanları bir araya gətirmək, milli ruhu yaşatmaqdır. Aygün xanım bu missiyanı ləyaqətlə yerinə yetirən, Türk dünyasında bizi ədəbi mühitdə birləşdirən bir yol yoldaşı kimi yadda qalır. Aygün xanımın kitab təqdimatında çıxış etmək, mənim üçün böyük qürur və şərəfdir. Çünki, biz belə insanlarla yalnız fəxr etməliyik, onları tanıtmalı və gələcək nəsillərə örnək kimi təqdim etməliyik. Aygün Hüseynə yeni yaradıcılıq uğurları arzulayıram. Qələmi daim iti, sözü daim uca olsun! Türk dünyasının birliyi yolunda atdığı addımlar heç vaxt dayanmasın!

MUASİRMEDİA.AZ
Şair- xanəndə Ziba Sevindik Hüseynova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü