Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın erməni məhsullarının idxalına tətbiq etdiyi qadağanın sanksiya kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib.
Paşinyan jurnalistlərə açıqlamasında bu məsələyə münasibət bildirib.
“Bu vəziyyətdə “sanksiya” sözündən istifadə etmək doğru deyil. Heç bir sanksiya yoxdur və ola da bilməz”, — deyə Ermənistanın baş naziri vurğulayıb.
Paşinyan əlavə edib ki, sözügedən məsələ ilə bağlı mövcud problemləri Avrasiya Hökumətlərarası Şurasının yaxın iclasında müzakirə etməyi planlaşdırır.
MM.AZ
