Cəlal Əlirza oğlu Əliyev 30 iyun 1928-ci ildə Naxçıvanda anadan olub-FOTO

Cəmiyyət
Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, biologiya elmləri doktoru, professor olub. 1976-cı ildə Azərbaycan EA-nın müxbir, 1980-ci ildə həqiqi üzvü seçilib, həmçinin Rusiya, Ukrayna və Belarus aqrar elmlər akademiyalarının xarici üzvü olub.
Elmi fəaliyyətini əsasən bitki fiziologiyası, molekulyar biologiya, genetika və biotexnologiya sahələrinə həsr edib, Azərbaycanda bu istiqamətlər üzrə elmi məktəbin formalaşmasında mühüm rol oynayıb. Onun rəhbərliyi ilə yüksək məhsuldar buğda sortları yaradılıb, Milli Bitki Genbankı təşkil edilib.
Cəlal Əliyev 700-dən çox elmi əsərin, 25 monoqrafiya və kitabın, 25 patentin müəllifi olub, çoxsaylı elmi kadrlar yetişdirib. “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “İstiqlal”, “Şərəf” və digər dövlət mükafatları ilə təltif edilib, dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Akademik Cəlal Əliyev 1 fevral 2016-cı ildə Bakıda vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.

yazı görseli olabilir
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir