Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb

Təhsil
Aprelin 18-də sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.
Məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.
Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olduğu aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
– Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
şunu diyen bir yazı 'DİN 0 4 S မ AZORBAYCAN RESPUBLİKASININ DAXİLİŞLaRNAZİRLİYİ DAXİLİ İŞLAR NAZİRLİYİ M XİDMATİNİN MALUMATI AZARBAYCAN RESPUBLİKASININ AZaRBAYCANRESPUBLİKASININ SININ DAXİLİ İşLaR DAXİLİİŞLORNAZİRLİYİ NAZİRLİYİ' görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir