Bakı Qran-Prisi ilə bağlı dəyişiklik: Formula 1 yarışının tarixi diqqət çəkir

İdman

2026-cı il Azərbaycan Qran-Prisi ilə bağlı təqvimdə dəyişiklik edilib.
Bakı mərhələsinin şənbə günü keçirilməsi nəzərdə tutulub.

Formula 1 üzrə Azərbaycan mərhələsinin tarixinin dəyişdirilməsi ölkədə sentyabrın 27-də qeyd edilən Anım Günü ilə əlaqələndirilir.

Bakı küçələrində keçirilən Formula 1 yarışı hər il şəhərin idman və turizm həyatında mühüm hadisələrdən birinə çevrilir. Yarış həftəsində paytaxtda həm yerli, həm də xarici turistlərin sayında artım müşahidə olunur.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir