Qaranlıqda parlayan mavi hörümçək aşkarlandı

Dünya

Anqolanın ucqar Lisima yaylasında aparılan ekspedisiya zamanı alimlər ultrabənövşəyi işıq altında parlayan mavi hörümçək də daxil olmaqla onlarla yeni canlı növü aşkar ediblər.

Mütəxəssislərin sözlərinə görə, bölgədə hələ elmə məlum olmayan çoxsaylı növlər mövcuddur. Tapıntılar arasında ultrabənövşəyi şüa altında mavi flüoressensiya verən taclı krab hörümçəyi də var.

Bu hörümçək ultrabənövşəyi işıq altında mavi flüoressensiya verir. Alimlər hələlik bu xüsusiyyətin səbəbini tam izah etməyiblər və növün elmi təsviri üzərində əlavə araşdırmaların aparılması gözlənilir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir