Lev Tolstoy təkcə gözəl yazıçı deyil, həm də bir neçə dildə kitab oxumağı sevən ciddi bir oxucu idi.
Müəllimlərdən biri rus ədəbiyyatının gələcək korifeyi haqqında belə danışıb: “O istəmir, bacarmır”.19 yaşında Tolstoy universiteti atıb. Müəllimlər Lev Nikolaeviçi tənbəl və bacarıqsız bir tələbə kimi səciyyələndirdilər, o, vaxtaşırı sinifdə mürgüləyirmiş.1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi.Nobel mükafatından imtina etmiş ilk insan kimi də tarixə keçmişdi.Lev Tolstoy “Hərb və Sülh”, “Anna Karenina” kimi əsərləri ilə dünya səviyyəsində şöhrət qazansa belə o, özü “İblis”, “Sergi ata” kimi əsərlərinə daha çox üstünlük verirmiş. Necə ki, özü belə deyir: “İnsanlar məni “Hərb və Sülh” və s. kimi boş şeylərə görə sevirlər, onlar bunu əhəmiyyətli bir şey hesab edirlər. Mən isə tamamilə başqa kitablarımı əhəmiyyətli hesab edirəm”.
Adı dünya tarixində 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxildir.
Adı dünya tarixində 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxildir.
MM.AZ
