Rusiyada 200 cinsli it yanaraq öldü

Dünya

MUASİRMEDİA.AZ xəbər verir ki,alov Nijni Novqorodun Leninski rayonunda, Voronixin küçəsində yerləşən təxminən 50 kvadratmetrlik yardımçı binanı bürüyüb. Damazlıq fəaliyyəti ilə məşğul olan obyektin sahibi heyvanları xilas etməyə çalışıb və dərhal təcili yardım xidmətlərinə müraciət edib. Lakin itləri alovdan xilas etmək mümkün olmayıb.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Hadisə yerində təcili yardım və yanğınsöndürmə xidmətlərinin işi davam edir.

muasirmedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir