Zelenski Rusiya ilə bağlı Fərman İMZALADI

Dünya
Ukrayna Rusiyanın 10 şirkətinə, onlarla əlaqəli 19 Rusiya vətəndaşına, eləcə də 39 gəmiyə qarşı sanksiyalar tətbiq edib.

Müvafiq fərmanı Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.

Sanksiyaların Rusiyanın “Rassvet” adlı peyk rabitə sisteminin yaradılmasında iştirak edən şirkət və şəxslərə şamil olunduğu bildirilir. Siyahıda layihənin hazırlanması və əlaqələndirilməsi ilə məşğul olan “Büro 1440”, kosmik aparatların günəş panellərini istehsal edən “Labs 1440” və aşağı orbitli rabitə peykləri hazırlayan “FAB Rassvet” şirkətləri yer alıb.

Sanksiyalara Belarusun aerokosmik sistemlər üçün avadanlıq hazırlayan “Aerokosmik cihazlar” müəssisəsi də daxil edilib.

Rusiyanın “Büro 1440” şirkəti mart ayında “Rassvet” sisteminə aid 16 peyki orbitə çıxarıb, iyulda isə növbəti qrup peyklərin buraxılışını həyata keçirib. Sistemin kommersiya fəaliyyətinə 2027-ci ildə başlaması planlaşdırılır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir