Maaşı istənilən bankdan almaq gələn ildən mümkün olacaq

İqtisadiyyat

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər.

Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə pensiyaçılar da təqaüd aldıqları bankı seçə biləcəklər. Bu yeniliyin banklar arasında müştəri cəlbi uğrunda rəqabəti artıracağı, hesabını başqa banka keçirənlər üçün daha əlverişli təkliflərin yaranmasına şərait yaradacağı gözlənilir.

İqtisadçılar bildirir ki, maaş hesablarının ödənişsiz daşınması bu il tətbiq edilməli idi, lakin proses gecikib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir