Gilə Dərya Bayramova Bayram qızı,1959 cü il fevralın 20-də Qərbi Azərbaycanın Təkəlik kəndində anadan olub.
Məktəb illərini Bakı şəhərinin Yasamal rayonunda ki, 13 nömrəli orta məktəbi bitirib.1975-1978 illərdə Sovet Ticarəti Texnikomunu bitirib.Gənc yaşlarında Mərkəzi Univermaq (ÇUM)-dan komsomolun 18 cı- qurultayına nümayəndə seçilmişəm.Moskvada Qurultaylar sarayında o zaman ki,prezident Leonid iliç Brejnev idi onun çıxışını maraqla dinləyirdim Qurultay Sarayında,Azərbaycanda sevilirdi o şəxsiyyət kütlə tərəfindən.
Mən Moskvanı sevərək gəzir muzeylərə boylanır,VDX-nı gəzir ,Leninin movzeleyini ziyarət edir tanış olur,gəzməli yerləri gəzdik. Oradan bizi Bolqaqrada Mamaev Kurqanna və sonra isə Bolqa-Donsk yeni salınmış şəhərcikləri gəzdirdilər. Təəsuratlarım çox zəngin idi sadəcə unudulub gənclik xatirələrinə çevrilib. Geri qayıdanda bizneslə məşğul olmuşam uzun illər çalışmışam.Sonra Azərbaycan Nəşriyyatında dəvət almışam .Rəhmətlik Əziz Musa şair filologiya üzrə Elmlər Doktoru “,İlham Çeşməsi” qəzetinin Təsisçi baş redaktoru təkid edərək mənim şeirlərimi qəzetdə dərc etdi və məni baş redaktor müavini olaraq qəzetə işə götürdü.Jurnalist olaraq mütəmadi olaraq qəzetlərdə dərgilərdə ANTALOGiYA kitablarda şeirim və məqalələrim çıxırdı.İrak Kərkük yazarlar Birliyinin üzvüyəm. Şeirlərim mütəmadi olaraq qəzet və dərgilərini bəzəyib.Səkkiz kitab müəllifiyəm,həm artıq iyirmi(20)ildir “Şam İşığı Ədəbi Bədii Tədbirin Yaradıcı təşkilatçısı aparıcısı və Rəhbəriyəm.Ayda bir dəfə həmkarları toplayır tədbir keçirirəm. Görüşə Azərbaycan Nəşriyyatında və hər bir yerdən şeir sevərlər poeziya vurğunları şair,jurnalistlər,yaradıcı insanlar,aşıq,xanəndə və çalğıçılar təşrif buyururlar,müşayyət edirlər sağ olsunlar.Hal hazırda “Müşfiq Borçalı” nəşriyyatının və ‘Şərqin Səsi”qəzetinin şöbə müdürüyəm.Gilə Dərya Bayramova Bayram qızı olaraq şeirlərim həm də “Vətən” “Canım Azərbaycanım” “Heydər Zirvəsi” “İlham Çeşməsi” “Şam İşığı” Turan 1 Turan 2 Turan 3,”Buta” “Şərqin Səsi” “Zirvə” “Zəfər” Söz Xəzinəsi” “Müəllimlərimiz” “Sevdalı Dünyamız”,”Can Azərbaycan, (1,2,3.)”Qarabağnamə,”(1’2’3.)”Sevmişəm Sevirəm Sevəcəyəmdə.”Poeziya Çələngi”Anasız Atasız Dünyam” “Xarı Bülbül” ” Bahar Ətirli Duyğular” “Ata” “Aşıq Pəri”Qarabağ Azərbaycandır” və sairə Almanaxlarında müxtəlif Antalogiyalarında və ədəbi bədii məcmuələrdə işıx üzü görüb.Qeyd edim sevə -sevə bundan əlavə… “Abdulla Şaiq”,Xurşud Bani Natavan” “,Zirvə”, “Zəfər”və “Qızıl Qələm”mükafatları lauriyyatıyam.Daha bir neçə dəfə saysız” Fəxri Fərman” və “Fəxri Diplom”la təltif olunmaq şərəfinə Nail olmuşam.Hazırda Azərbaycan Nəşriyyatında,”Şam İşığı”Ədəbi bədii məclisinin rəhbəri və eyni adlı ədəbi məclisinin eləcə də “İlham Çeşməsi” adlı ədəbi toplunun tərtibatçısıyam.Gilə Dərya Bayramova Bayram qızı servərlərinə minnətdarlığımı bildirirəm.Mən özümə və sizlərə uğurlar arzuluyuram Əziz həmkarlarım. Müşfiq Borçalı məcmuəsi və rəhbərinə və baş redaktoruna sonsuz minnətdarlığımı bildirirəm və sizlərə uğurlar olsun deyirəm dostlar. Beləliklə istəyinizlə bir neçə şeirimi aşağıda paylaşacam.Yaşasın Azərbaycan. Yaşasın şanlı ordumuz dövlətimiz. Var olsun “Dəmir Yumruq”lu Prizdentim!!! 15İyul 2024.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
