İslam dünyasının nəhəng alimlərindən biri İbn Heysəm

Dünya
İslam dünyasının nəhəng alimlərindən biri, optikanın atası və bəlkədə, planetdəki ilk əsl elm adamı İbn Heysəm (Alhazen)
O, 965-ci il, Bəsrə (indiki İraq) ərazisində dünyaya gəlmiş, 1040-cı ildə Qahirədə vəfat etmişdir.
İbn Heysəm optika elminin atası sayılır. Müasir kamera, eynək və teleskop texnologiyalarının elmi əsasını o qoyub. “Kitab əl-Mənazir” (Optika kitabı) adlı 7 cildlik əsəri Avropada əsrlərlə tədris olunub. İşığın qırılması, əks olunması, linzalar, görmə prosesi və göz quruluşu kimi bir çox sahələrə töhvə verib.
Həmçinin gözlə görmə prosesinin beyinlə əlaqəli olduğunu ilk sübut edən alimdir. O vaxta qədər insanlar düşünürdü ki, göz “şüa saçır”.
 Elmi metodu ilk dəfə sistemli şəkildə tətbiq edənlərdən olub, müşahidə, hipotez, təcrübə və nəticə mərhələlərini ardıcıl şəkildə izah edib. Əlavə olaraq elmi biliklərin daim test edilməsini və şübhəli yanaşılmasını, qısası dəyişilməz olmadığını deyərək, elm dünyasında yeni bir cığır açıb.
İbn Heysəmin Avropada tanınmış adı “Alhazen”dir. Onun əsərləri Qaliley, Kepler və Da Vinçiyə ilham verib. O nəyinki İslam dünyasının, bütün insanlığın ən böyük alimlərindən biridir.

Bir yazı çiziktirmesi olabilir
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir