Özbəkstan Xalq artisti səhnədən YIXILDI

Şou-biznes

Məşhur özbək müğənni Yulduz Usmonova konsert zamanı xoşagəlməz hadisə ilə üzləşib.

Səhnədə çıxışı zamanı Özbəkistanın Xalq artisti rəqs edib və bu an qəfil yıxılıb. Hadisə anı lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb və qısa müddətdə geniş yayılıb.

Yayılan görüntülər izləyicilər arasında maraq və müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər müğənninin səhhəti ilə bağlı narahatlıqlarını ifadə edərkən, digərləri hadisənin necə baş verdiyini müzakirə edib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir