Türkiyənin Bursa şəhərində avtomobildən açılan atəş nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Elif Çalışkan və onun bacısı, 28 yaşlı vəkil Hatice Kocaefe yaralanıb. Yaralılar şəhər xəstəxanasına aparılıb. Lakin Kocaefenin həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı hadisənin borc mübahisəsi zəminində baş verdiyi müəyyən edilib. Faktla bağlı 2 nəfər saxlanılıb.
Qeyd edək ki, Hatice Kocaefe İstanbul Vəkillər Kollegiyası üzvü olub.
muasirmedia.az
