Ukrayna dronlarının aramsız hücumları, kütləvi elektrik kəsintiləri, yanacaq çatışmazlığı və Rusiya ilə dəmir yolu əlaqəsinə qoyulan məhdudiyyətlər fonunda, Krımdan çıxış istiqamətində böyük tıxac yaranıb.
Sosial mediada yarımadadan Kerç körpüsünün girişinə doğru təxminən 2000 avtomobildən ibarət növbə yarandığı barədə məlumatlar və videogörüntülər yayımlanıb.
Məlumata görə, bu gün saat 10:00-a qədər 1780 avtomobil Krımdan çıxmaq üçün gözləyib və növbədə gözləmə müddəti dörd saatı keçib. Girişdəki tıxacda minlərlə avtomobil olub. Növbə təxminən 15 kilometrə qədər uzanıb və bu, son illərin rekordu sayılır.
Jurnalist Elçin Rüstəmli

MM.AZ
Jurnalist Elçin Rüstəmli
Jurnalist Elçin Rüstəmli
