Bu sənədlər “ASAN” XİDMƏTDƏ VERİLƏCƏK.

Səhiyyə

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanın mətnini belədir:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858 (Cild I); 2024, № 5 (I kitab), maddələr 515, 529, № 7, maddə 797; 2025, № 8, maddə 771, № 11, maddə 1025) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.24.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.25-ci bənd əlavə edilsin:

“5.25. şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olmasına dair arayışın verilməsi.”.

2. 6-cı hissənin birinci abzasına “Fövqəladə Hallar Nazirliyinə,” sözlərindən sonra “Səhiyyə Nazirliyinə,” sözləri əlavə edilsin.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir