İran Prezidenti Məsud Pezeşkiyan BRICS sammitində iştirak etmək üçün Hindistana səfəri çərçivəsində Hindistan Prezident Sarayının tarixi Aşoka zalını ziyarət edib.
Zalın tavanının mərkəzində Fətəli şah Qacarın ov səhnəsini əks etdirən böyük rəsm əsəri yerləşir. Tarixi əsərdə Qacar hökmdarı övladlarının əhatəsində təsvir olunub.
Hindistan Prezident Sarayının rəsmi məlumatına görə, bu rəsm əsəri əslində Fətəli şahın Böyük Britaniya kralı IV Corca hədiyyəsi olub. Əsər 1929-cu ildə Londondakı Hindistan Ofisi Kitabxanasından Dehliyə gətirilərək zalın tavanında quraşdırılıb.
Aşoka zalı bu gün Hindistan Prezident Sarayında rəsmi mərasimlər və diplomatik görüşlər üçün istifadə olunan mühüm məkanlardan biridir.
MM.AZ
