Tofiq Musayevdən möhtəşəm qələbə – Azərbaycanlı UFC döyüşçüsü rəqibini məğlub etdi Azərbaycanın tanınmış MMA döyüşçüsü Tofiq Musayev növbəti uğurunu qazanıb.
O, Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı rəqibi Lüdovit Klayn (Ludovit Klein) üzərində inamlı qələbə əldə edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Musayev yüksək döyüş texnikası, dəqiq zərbələri və taktiki üstünlüyü ilə seçilərək hakimlərin qərarı ilə qalib elan olunub. Bu nəticə azərbaycanlı idmançının UFC-də mövqeyini daha da möhkəmləndirib və onun yüngül çəki dərəcəsində iddialı döyüşçülərdən biri olduğunu bir daha nümayiş etdirib. Qeyd edək ki, Tofiq Musayev bundan əvvəl də UFC-də uğurlu çıxışları ilə diqqət çəkib. Belqraddakı qələbə onun karyerasında növbəti mühüm addım hesab olunur və azərbaycanlı azarkeşlər tərəfindən böyük sevinclə qarşılanıb.

MUASİRMEDİA.AZ
VÜSAL ŞAHBAZOV