Mən unudulmuş adamam,
Yaddan çıxan,yadlaşan,
xatirələri ölmədən
silinən düz,dürüst adam.
Unudulmuşlardanam,
ölmədən,o biri
qaranlıq dünyaya köçmədən
unudulmuş adamam.
Ay unudulan,
yaddan çıxan adam,
Axı sən də özün özünü unudan adamsan.
Gileylisən buluddan,ulduzdan,Aydan
Unutdun özünü,
deyə hamı da səni unutdu.
Niyə özünə bir dönüb baxmadın,
güzgü qarşısında,
Niyə bədənnüma güzgüdə?
Niyə qocaldığını,
Üzünün qırışlarını,
Göz altında torbaları Niyə görmədin?
Barı bir o qəmli,həyatda
istədiyini görməyən
Kədərlə sürmələnən,
dərdlə cilvələnən
gözlərinə Niyə baxmadın?
Əgər baxsaydın,
ömründə qeyd etmədiyin
doğum günündə hönkürtüylə,
hıçqırıqla ağladığın
illərin kədərini görərdin.
Görmədin,görmədin.
Axı ətrafında hamıya əmək verdin,
balalarına,qohuma,yada..
Axı Afrikada susuz qalan balalara,
Ukraynada gözü qabağında
cırıq-cırıq olan balasını görən anaya,
Qarabağda itgin düşən
bir qərinə qardaş yolu gözləyən
bacıya yandın.
Bəs sənin yanğını niyə görmədi sənin sevdiklərin?
Onlarmı kor idi,yoxsa sən lal idin?
Daha iki qırinəni başa vurdun,
ama dərd çuvalının ağzını burub,
bağlaya bilmədin.
Özünə qəsd etdin,
özünü, duyğularını,
arzularını məhv etdin.
Taleyin də sənə qənim kəsildi,
bunun heyfini çıxıb
sənin ürəyini göz yaşları ilə cəzalandırdı.
Özünə indi dön, bax barı.
Yaddan çıxan,yadlaşan,
xatirələri ölmədən
silinən düz,dürüst adam.
Unudulmuşlardanam,
ölmədən,o biri
qaranlıq dünyaya köçmədən
unudulmuş adamam.
Ay unudulan,
yaddan çıxan adam,
Axı sən də özün özünü unudan adamsan.
Gileylisən buluddan,ulduzdan,Aydan
Unutdun özünü,
deyə hamı da səni unutdu.
Niyə özünə bir dönüb baxmadın,
güzgü qarşısında,
Niyə bədənnüma güzgüdə?
Niyə qocaldığını,
Üzünün qırışlarını,
Göz altında torbaları Niyə görmədin?
Barı bir o qəmli,həyatda
istədiyini görməyən
Kədərlə sürmələnən,
dərdlə cilvələnən
gözlərinə Niyə baxmadın?
Əgər baxsaydın,
ömründə qeyd etmədiyin
doğum günündə hönkürtüylə,
hıçqırıqla ağladığın
illərin kədərini görərdin.
Görmədin,görmədin.
Axı ətrafında hamıya əmək verdin,
balalarına,qohuma,yada..
Axı Afrikada susuz qalan balalara,
Ukraynada gözü qabağında
cırıq-cırıq olan balasını görən anaya,
Qarabağda itgin düşən
bir qərinə qardaş yolu gözləyən
bacıya yandın.
Bəs sənin yanğını niyə görmədi sənin sevdiklərin?
Onlarmı kor idi,yoxsa sən lal idin?
Daha iki qırinəni başa vurdun,
ama dərd çuvalının ağzını burub,
bağlaya bilmədin.
Özünə qəsd etdin,
özünü, duyğularını,
arzularını məhv etdin.
Taleyin də sənə qənim kəsildi,
bunun heyfini çıxıb
sənin ürəyini göz yaşları ilə cəzalandırdı.
Özünə indi dön, bax barı.
Dərmanlar səndən bezar,
sən doktorlardan.
Kimə lazımdır indi sənin ahu-zar dolu etirafın.
Ölmədən unuduldun,
kimin üçün varsan,
kimin üçün yox.
Bu yoxluğun özünü yordu,özünü incitdi.
Yazdığın etiraz dolu şeirlərin sənə nə verdi?
Ad-sanmı,titulmu?
Titulu alanlar qucaqlardan,
yataqlardan ucaldı.
Barı,bu üçüncü qərinədə bunu düşün,ayıl.
Canına qəsd etmə,
kimsələri yox,özünü,canını düşün ,
xəstə,özgələrin dərdindən
para-para olmuş qəlbini düşün.
Unuduldun,
barı özün özünü unutma,
özgəyə,doğmaya,yada yanma.
Tahirə Məğrur. 01.08.2026.
MUAİRMEDİA.AZ
