Bratislavada keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan milli komandası yarımfinal mərhələsində Serbiya yığması ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada hesabı Xətai Bağırovun qolu ilə Azərbaycan millisi açıb. Lakin rəqib komanda sonradan tarazlığı bərpa edib və matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.
