“Turan” stadionunu avrokubok matçına hazırlayır

İdman

 UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində ölkəmizi təmsil edəcək “Turan” ev oyunlarını meydanında keçirə bilər. 

Tovuz klubu bu haqda məlumat yayıb.

“Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşması məqsədilə  “Turan Tovuz” – “Sabah” oyunun məkanında dəyişiklik edilib.

Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərininin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Azərbaycan Premyer Liqasının XXXIII turunun “Turan Tovuz” – “Sabah” oyunu Masazır Arenada keçiriləcək.

Dəyərli “Turan” ailəsi!

Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün işlər  gücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsədimiz avrokubok oyununu doğma meydanda keçirməkdir”.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir