Kəşfiyyat Tağımı-Xüsusi Qrupumuz Zəngilan rayonu Ağbis- Ağakişilər kəndləri istiqamətinə Qubadlı ilə inzibati sərhəddə göndərildi.
Orada dayanmadıq. Qərara aldıq ki, Qubadlının Çaldaş, Çərəli, Ballı Qaya, Boynəkər, Mollalı kəndlərini yoxlayaq. O kəndlərdə nə mülki əhali, nə ordumuz, nə də erməni vardı. Mollalıda bir xəstə yaşlı kişi, Çərəlidə bir yaşlı qadın (Tamara müəllimə) vardı.
Bizim ərazidə olduğumuzu bilən bir mülki şəxs gəldi, 25-35 yaşlarında. Evinin əşyalarını aparmaq istəyirdi.
Dedi ki, Sumqayıtın tanınmış vəzifəli adamlarından olan Sahib Qarayevin (səhv etmirəmsə, əslən Çərəlidən) bacısı oğludur. Dayısı ev əşyalarını kənddən çıxarmaq üçün maşın göndərib, maşını gözləyir.
Adam tək idi, ağladı. Dedim ağlama, narahat olma, biz bu ərazidəyik, problem olsa (erməni gəlsə), Novruz qışqırarsan, özümüzü çatdıracağıq.
Və dayına deyərsən ki, Əlqəmə müəllim Orucovun bacısı oğlu Novruzla rastlaşdım.
Maşın gəldi, ev əşyalarını yığıb getdilər.
Müharibədən sonra, Əlqəmə müəllimgildə bir məclis vardı. Rəhmətlik Əlqəmə müəllimin, rəhmətlik Dədəmin ətrafında Sumqayıtın tanınmışları vəzifəliləri , nazir, komitə sədri əyləşmişdilər.
Sahib Qarayev bacısı oğlundan mənim adlmı eşidibmiş. Və Əlqəmə dayımdan məni soruşmuşmuş.
Dayım,məni çağırdı, Sahib Qarayevə dedi ki, soruşduğun bacımoğlu Novruz budur.
Çərəli, qoçu Rəfiqə xala haqqında,.. söhbətləşdik
Qeyd: şəkildə üst sırada soldan birinci mənəm, 19 yaş.
MUASİRMEDİA.AZ
