2015-ci ildə istifadəyə verilən Şorkənd–Beştalı–Bankə–Şirvanlı avtomobil yolunun bəzi hissələrində zamanla asfalt örtüyünün sıradan çıxması nəqliyyatın hərəkətində çətinliklər yaratmış, yerli sakinlərin narahatlığına səbəb olmuşdu. MUASİRMEDİA.AZ xəbər verir ki,Yolun mövcud vəziyyəti ilə bağlı vətəndaşlar tərəfindən sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar edilərək problemin həlli istənilmişdi. Artıq məsələ aidiyyəti qurumların diqqətinə çatdırılıb və nəzarətə götürülüb. Hazırda Yol İstismar İdarəsinin texnika və işçi heyəti tərəfindən yolun zədələnmiş hissələrində təmir-bərpa işləri aparılır. Görülən işlərin qısa müddətdə başa çatdırılması və yolun sakinlərin istifadəsinə tam yararlı vəziyyətdə təhvil verilməsi nəzərdə tutulur. Bu addım həm sürücülərin rahat hərəkətinə, həm də ərazidə yaşayan insanların təhlükəsizliyinə müsbət təsir göstərəcək.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU
