Həyətdə zibil yandıranlar cərimələnə bilər — 8000 manat

Cəmiyyət

“Məcəllənin 271-ci maddəsinə əsasən, tullantıların qalaqlanması qaydalarının pozulmasına, habelə həmin tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə, fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər isə 6 500 manatdan 8 000 manatadək məbləğdə cərimə olunurlar.
Bu qaydaların tətbiqində əsas məqsəd ətraf mühitin qorunması, atmosfer havasının çirklənməsinin qarşısının alınması və insanların sağlamlığının müdafiəsidir. Xüsusilə yaşayış məntəqələrində tullantıların yandırılması havaya zərərli qazların yayılmasına səbəb olur və bu da ekoloji tarazlığa ciddi təsir göstərir. Belə halların qarşısının alınması üçün nəzarət mexanizmləri daha da gücləndirilməli, monitorinqlər mütəmadi aparılmalıdır. Eyni zamanda vətəndaşların ekoloji məsuliyyətinin artırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi də vacib hesab olunur. Çünki tullantıların düzgün idarə olunmaması yalnız ətraf mühitə deyil, insan sağlamlığına da ciddi təhlükə yaradır”.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir