Fransanın fövqəladə hallar xidmətinin əməkdaşları ötən mövsüm Liqa 2 təmsilçisi “Genqam”ın əvəzedici komandasında çıxış etmiş futbolçu Kenzo Kyesi Rona çayından çıxarıblar. Gənc futbolçuya beyin ölümü diaqnozu qoyulub.
Məlumat “RMC Sport” nəşrində yayılıb.
Qeyd olunur ki, 21 yaşlı Kyes Viyerban və Kalüir-e-Küir şəhərləri arasında, çimməyin qadağan olunduğu ərazidə boğulub. Kyes bazar ertəsi axşam saatlarında iki dostu ilə birlikdə çayda çimirmiş. Dostlarını reanimasiya etmək mümkün olub, futbolçuda isə beyin ölümü qeydə alınıb. Lion prokurorluğu hadisənin səbəbləri ilə bağlı araşdırmaya başlayıb.
Kyes əvvəllər “Lion” və “Sent-Etyen” akademiyalarında məşğul olub, ötən ilin yayında isə “Genqam”ın sisteminə keçib. O, əsas komandada oynamasa da, baş məşqçi Silven Ripol onu məşqlərə cəlb edirdi. Kyes bu ilin aprelində klubu tərk edib.MM.AZ
