Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar şəhərin mərkəzi hissələrində hərəkətin təşkili ilə bağlı xüsusi tədbirlər görülür.
Sentyabrın 22-dən 27-dək Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq edilir. Bu tədbirlər yarışın təhlükəsiz və fasiləsiz keçirilməsi ilə yanaşı, tamaşaçıların və yarış iştirakçılarının hərəkətinin təmin edilməsinə hesablanıb.
Məhdudiyyətlər səbəbindən bəzi ərazilərdə gündəlik hərəkət marşrutlarının dəyişməsi mümkündür. Sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaq və alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Formula 1-in Bakıda keçirilməsi hər il şəhərin mərkəzində geniş təşkilati hazırlıq tələb edir. Yarış həftəsində həm yerli sakinlərin, həm də ölkəyə gələn xarici turistlərin hərəkətinin təhlükəsizliyi xüsusi diqqətdə saxlanılır.
MM.AZ
