Yaponiyada “Dujuan” qasırğası ciddi fəsadlara səbəb olub

Dünya

Yaponiyanın Sakit okean sahillərində “Dujuan” qasırğasının yaratdığı güclü yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.

İlkin məlumatlarda ölənlərin sayı üç nəfər göstərilsə də, Reuters-in NHK-ya istinadən daha sonrakı məlumatında dörd nəfərin öldüyü və altı nəfərin itkin düşdüyü bildirilib. Buna görə hadisə ilə bağlı rəqəmlərin yenilənməsi mümkündür.

Güclü yağışlar xüsusilə Kanagava və Çiba prefekturalarında torpaq sürüşmələrinə səbəb olub. Tokio ətrafında elektrik enerjisinin verilişində də problemlər yaranıb; təxminən 45 min təsərrüfatın elektriksiz qaldığı bildirilib.

Xilasetmə xidmətləri sürüşmə nəticəsində dağıntılar altında qala biləcəyi ehtimal olunan şəxslərin axtarışını davam etdirir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir