Məqaləmə bu sözlərlə başlamaq istərdim.
Mən bir hərf törədənin yüz il qulu olaram.. Bu sözlərin müəllifi Hz. Məhəmməd (s.ə.s) dı. Peyğəmbər müəllimi ən müqəddəs varlıq hesab edirdi. Son zamanlar dünyada və eləcə də ölkəmizdə məktəblərdə,liseylərdə baş verən bu hadisələr hamı kimi məni də çox üzdü. Əvvəllər filmlərdə baxıb izlədiyimiz o hadisələri indi isə reallıqda yaşamalı olduq. Elə sanki bəzi şagirdlər və tələbələr məktəblərə təhsil almağa gəlmirlər.Onların əksəriyyəti təhsil almağa deyil günlərini və vaxtlarını keçirmək üçün məktəbə gəlirlər. Əslində mən günahı o uşaqlarda deyil onların valideynlərində görürəm. Burda təkcə valideynlər günahkar deyil həmdə təhsili idarə edənlər və televiziyalar belə günahkardılar. Bəs yaxşı onların günahı nədir? İlk öncə valideynlərin günahını deyim onlar övladlarına müəllimin kim olduğunu və onları dinləməyi dərsdə sakit oturmağı müəllimə cavab qaytarmamağı anlatmaq əvəzinə əşi qələt edir müəllimdən direktorda sənə kimsə nəsə söz dedi gəl bizə de biz ölməmişik ki, hansısa bir müəllim vəya direktor uşağımızı gözüm çıxdıya salsın. Təbii ki, müəllim şagirdi tənbeh edə bilər biz belə görmüşük. Biz oxuyan zaman yəni daha doğrusu desəm 15- 16 il öncə müəllim bizə acığlandığı zaman qorxumuzdan valideynlərimizə deyə bilmirdik. Çünki bilirdik ki, əgər desək valideynimiz bizi ikiqat tənbeh edəcək. Çünki bilirdilər ki, müəllimimiz bizi günahsız yerə tənbeh etməz. O, zamanlar müəllim müqəddəs idi valideyn onu görəndə onunla hörmətlə danışırdı. Amma indiki zamanda müəllim nəyin ki müqəddəs bəlkə də insan yerinə də qoyulmur. Mən bu sözlərimlə müəllimləri təhqir etmək istəmirəm. Çünki hər şeyə görə onlara borcluyam. Bizimlə müəllimlərimizin arasında ana bala münasibəti olub onlar bizə təkcə təhsil verməyib hətta bizə anamız kimi qayğıda göstəriblər. Mən bunları deməklə təhsili idarə edənlərə ismarıc göndərmək istəyirəm. Əziz təhsili idarə edənlər qaytarın məktəblərə müəllimlə şagirdin ana bala münasibətini, qaytarın məktəblərə müəllimlərin zəhmini və hörmətini. İndidə keçək yuxarıda yazılan televiziya mövzusuna. Bəs onların günahı nədir? Onların günahı isə təhsil verlişlərini verməmək uşaqlara müəllimin necə müqəddəs bir varlıq olduğunu aşılamamaqdır. Heç yadımdan çıxmaz əvvəllər Aztv də təhsilə aid verlişlər verilirdi. Müəllimlər uşaqlara dərslər keçirdi. Psixoloqlar şagirdlə müəllimin münasibətindən danışırdısa indi bunların yerinə mənasız verlişlər verilir. Bir dəfə efirlərin birində psixoloqun biri dedi ki müəllim əgər şagirdi tənbeh edirsə ona səsini yüksəldirsə bu onun psixikasına təsir göstərir. Onun sözündən belə çıxır ki, şagird istəsə müəllimin başında turp əkə bilər lakin müəllim susmalıdır,dinməməlidir şagirdi tənbeh etməməlidir. Hətta misal gətirdi ki, avropada şagirdlər toxunulmazdır müəllim onlara söz deyə bilmir. Dediyi təqdirdə isə müəllimə qarşı ölçü götürülür. Məhz o, çıxışdan sonra bizdə də müəllimlərin səlahiyyətləri demək olar ki, əllərindən alındı müəllimlər heç kimə çevrildilər. Sadəcə gəl dərsini de, tərbiyyə falan vermə çıx get. Şagird sənə hörmətsizlik etsə belə sus. İndidə gələk baş verən hadisələrə bu hadisə ilk öncə Amerikada cərəyan etdi sonra isə bütün Avropanı bürüdü. Rusiya, Fransa, Türkiyə və Azərbaycanda da bu cür hadisələr baş verdi. Amma ən dəhşətlisi qardaş ölkə Türkiyənin Kahramanmaraş şəhərində baş verdi. Ömər adlı gənc bir şagird silahı götürərək məktəbə girdi və öz sinif yoldaşlarını və müəllimlərini güllələdi. Bu mənə 30 aprel 2009 cu ildə ADNSU-da baş verən o dəhşətli terror hadisəsini xatırlatdı. O, hadisə zamanı onu törədən terrorçu idisə bu dəfə Kahramanmaraşda isə bu hadisəni törədən 14 yaşlı məktəb şagirdi idi. Bu dəfədə o ADNSU-da olduğu kimi şagirdlər canını qurtarmaq üçün özlərini pəncərədən aşağı atırdılar. Heç kimin heçə saydığı müəllimlərdən biri isə şagirdlərini qorumaq üçün özünü güllənin qarşısına atdı bununla o sübut etdi ki, nə olursa olsun müəllim üçün şagird qiymətlidir. Əgər olmasaydı müəllim şagirdlərinin yaşaması üçün canını qurban verməzdi. Sonda bayaq yuxarıda qeyd etdiyim kimi qaytarın məktəblərə müəllimlərin zəhmini, onların səlahiyyətlərini qaytarın özlərinə. Valideynin verə bilmədiyi tərbiyəni qoy müəllimlər versin. Müəllimlər yenidən toxunulmaz olsun.

MUASİRMEDİA.AZ Yazar:
Ənvər Məmmədov