Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Sürücülərə yol hərəkəti qaydalarına əməl etmək, sürət həddini aşmamaq və yollarda diqqətli olmaq tövsiyə olunur.
Xüsusilə yeni tədris ilinin başlanması ilə şəhərlərdə avtomobil və piyada sıxlığının artması yol təhlükəsizliyinə diqqətin daha da artırılmasını zəruri edir.
MM.AZ
