Lev Tolstoyun dözülməz həyatı

ƏDƏBİYYAT
Lev Tolstoy 82 yaşında, arxasında yalnız qısa bir vida məktubu buraxaraq evini tərk edir: “Getməyim sənə ağrı verəcək, bunu bilirəm. Amma inan ki, artıq başqa cür yaşaya bilmirəm. Bu ev mənim üçün dözülməz bir yerə çevrilib”.
Ömrü boyu insanlığa sadə həyatı, qənaəti və dünyəvi hərislikdən arınmağı öyrədən Lev Tolstoy həyatının sonunda öz evində belə rahatlıq tapa bilmədi.
Həyat yoldaşı ilə arasında illər boyu davam edən səssiz bir müharibə vardı: Pul, miras və əsərlərinin hüquqları… Tolstoy fikirlərinə bir mülk kimi sahib çıxılmasını istəmir; hər şeydən əl çəkərək inandığı həqiqətə uyğun yaşamaq istəyirdi. Həyat yoldaşı isə uşaqlarını, ailəni və Tolstoyun qoyub getdiyi böyük mirası qorumağa çalışırdı.
Nəhayət, onun ömrü Rusiyanın dondurucu soyuğunda qatarlarla keçdi. Sanki yaşlı bir yazıçı deyil, arxasınca düşülmüş bir sürgün idi. Lakin bədəni bir səfərə tab gətirə bilmədi. Kiçik bir qatаr stansiyasında xəstələndi və dünyanın ən böyük romançılarından biri izdihamdan uzaq bir gözləmə otağında dünyasını dəyişdi.
Bəlkə də Tolstoyun ən böyük faciəsi bu idi: İnsan bütün dünyaya həqiqəti anlatmağı bacarar… Amma öz həyatında onu yaşamaq bəzən hamıdan daha çətin olur.

Sanat olabilir
muasirmedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir