İspaniyada dəhşətli qatar faciəsi: 69 nəfərin ölümü Avropanı sarsıtdı

Dünya

İspaniyada baş vermiş ağır qatar qəzasının nəticələri ölkədə və beynəlxalq ictimaiyyətdə böyük sarsıntı yaradıb.
İki sürətli qatarın toqquşması nəticəsində 69 nəfər həyatını itirib.

Faciə ölkənin dəmir yolu təhlükəsizliyi sisteminə dair ciddi suallar yaradıb. Hadisədən sonra xilasetmə qrupları dağıntılar altında qalan insanların axtarışını davam etdirib, yaralılar xəstəxanalara yerləşdirilib.

İlkin məlumatlara görə, qəza zamanı hərəkətdə olan qatar dayanmış digər qatara çırpılıb. Siqnalizasiya və hərəkətə icazə sistemləri ilə bağlı mümkün problemlər araşdırılır.

Faciənin ən ağır tərəflərindən biri isə qurbanların kimliyinin müəyyənləşdirilməsi prosesidir. Ailələr yaxınlarının taleyi ilə bağlı məlumat gözləyir.

Bu hadisə Avropada ən təhlükəsiz nəqliyyat növlərindən biri hesab edilən sürətli qatar sistemlərinin belə ciddi risklərlə üzləşə biləcəyini göstərdi.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir