YARIMÇIQ ÖMÜR
Hələ on səkkizdi yaşın, ay İlham,
Arzun ürəyində, toyun yarımçıq.
Subay köçdün fanı dünyadan , balam,
Ananın gözündə boyun yarımçıq.
Vətən harayına yollanan əsgər,
Döyüş meydanında bəlli olmadın.
Düşmən tapdağında keçdi o günlər,
Əsir düşdün, lakin əsla sınmadın.
Taleyin bir sirr tək gizli qalsa da,
Cismin itkin düşüb, izin itibdir.
Qəlbin Vətən deyib, dastan yazsa da,
Ananın göz yaşı selə dönübdür.
Sən onsəkkiz yaşlı bir uca çinar,
Birbaşa cənnətə ucaldı adın.
Nə məzarın bəlli, nə bir izin var,
Sən xalqın qəlbində əbədi qaldın!.
YOLU GÖRÜNMƏYƏN İGİD
Bir igid var idi, adı İlhamdı,
Vətən sevdasıyla yandı, alovlandı.
Döyüşə atıldı, geri dönmədi,
O gündən ocağı söndü, qalandı.
Xəbəri gəlmədi dumanlı dağdan,
Düşmən bardağından, xain soraqdan.
Əsir tək aparıb dözümünü sınayırlar,
Yolunu illərdir gözüyaşlı analar arayırlar.
Taleyi naməlum, izi itkin qalanm,
Uğrunda canmı qurban qılanım.
Cizmının məzarı bəlli olmasa da,
Ruhun ucalardadır,ey qəhrəmanım!
Sən zülmət içində sönməyən nursan,
Gözü yolda qalan ana fəryadısan.
Şəhidlik zirvəndə ucaldı adın,
Sən bu millətin heç vaxt unudulmayan fəxrisən!
MUASİRMEDİA.AZ
GÜLLƏR BƏHRƏM
