Türkiyədə TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ -ÖLƏNLƏR VAR

Hadisə
Türkiyənin Antalya şəhərində baş verən qasırğa fəhlələr üçün nəzərdə tutulan müvəqqəti yaşayış kabinələrini dağıdıb, tikinti kranının aşmasına səbəb olub. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə Antalyanın Fevzi Çakmak rayonunda qeydə alınıb. Tikinti sahəsinin yaxınlığında yerləşən binalara ziyan dəyməyib.

Qeyd edək ki, Türkiyə Meteorologiya Xidməti daha əvvəl güclü yağışlarla əlaqədar sarı hava xəbərdarlığı yayıb.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir