Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib

Kriminal

Hadisə Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisində baş verib.

Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov oktyabrın 21-də gecə saatlarında Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qətlə yetirilib.

1998-ci il təvəllüdlü Vüqar Şirinzadə şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə isə xəsarət yetirib.

Polis tərəfindən keçirilən operativ tədbirlər nəticəsində Vüqar Şirinzadə qısa müddətdə saxlanılaraq istintaqa təhvil verilib.

Rahib Əminov Vətən müharibəsində könüllü olaraq iştirak edib, döyüşlər zamanı yaralanıb və göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, mərhum könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir