Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir.
O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir.
O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir.
Sənətkarın poeziyasında Vətənin və xalqın ümumiləşmiş obrazı zəngin mənbələrlə müşayiət olunur. Xəlil Rza azadlıq idealı ilə poeziyasına bəşəri məzmun gətirib. Onun yaradıcılığının kökü, mayası Vətən eşqi, torpaq və dünya ilə bağlıdır.
Onun poeziyasının kökü, mayası Vətən eşqi, torpaq və dünya ilə bağlıdır. Görkəmli şair yazırdı: “Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şekspirin yaratdığı poeziya kəhkəşanlarını, İbn Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur… Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir-birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik.
Yaşasın xalqların azadlıq idealı!”

