Ötən gün Bakı Ali Neft Məktəbində SABAH proqramının tələbələri ilə görüşdük.
Görüşdə son iki ildə SABAH proqramı çərçivəsində yeni maliyyələşmə mexanizmlərinin tətbiqi, prioritet ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, doktorantura səviyyəsinin proqrama daxil edilməsi barədə danışdıq, eləcə də tələbələrin rəy və təkliflərini dinlədik.
Qeyd edim ki, bu təşəbbüslər ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, əlçatanlığın artırılmasına və rəqabətqabiliyyətli gənc kadrların hazırlanmasına xidmət edir.
MM.AZ
