“Zəfər tarixinin şahidləri: həssas ailələrin uşaqlarının mənəvi inkişafı” adlı silsilə tədbirlər keçirilib-FOTO

Cəmiyyət

“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-сı il üzrə kiçik qrant müsabiqəsi çərçivəsində 1 may 2026-cı il tarixindən etibarən reallaşdırdığı 2 aylıq layihəsi uğurla davam edir.  

Aktual layihə fəaliyyətləri haqqında “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri, şəhid xanımı, layihə rəhbəri Almaz Zeynalova saytımıza məlumat verib.

Təşkilatın media bölümündən saytımıza bildiriblər ki, silsilə tədbirlər kimi may ayında sabiq məcburi köçkun, əsasən əslən Qarabağdan olan şəhid və qazi ailələrinin, eləcə də fiziki məhdudiyyətli uşaqların, onların valideynlərinin iştirakı ilə Qurban Bayramı münasibəti ilə dörd bayram məclisi – süfrəsi təşkil olunub.

Ədəbi-mədəni formatda keçirilən bu tədbirlərdə həssas qruplardan olan ailələrə maddi-mənəvi dəstək göstərilmiş, hədiyyələr təqdim olunmuş, onların geniş cəmiyyətə inteqrasiya olunmasına, şəbəkələşməsinə nail olundu.

***

İyunun 19-da bu cür ailələr, analar və onların övladları üçün  interaktiv-kreativ formada milli-mənəvi dəyərləri, eləcə də Zəfər qəhrəmanlarının igidlikləri çatdırmaqla, onların vətənpərvər şəxsiyyət kimi formalaşdırılması üçün sağlam psixomədəni, qarşılıqlı sosial birgəyaşarlığa səsləyən növbəti tədbir təşkil olunub.

 

Yaradılan maraq klubunun növbəti tədbiri iki hissədən ibarət reallaşdırılıb. QHT-nin ofisində təşkil olunan, geniş ictimaiyyətin nümayəndələri, ictimai fəallar, həssas ailələrin nümayəndələri, şəhid uşaqlarnın iştirakı ilə keçirilən tədbiri layihə və QHT rəhbəri Almaz Zeynalova açaraq iştirakçılara fəaliyyətləri barədə danışıb.

O, bildirib ki,  layihənin əsas məqsədi Böyük Qayıdış prosesinə dəstək vermək, uşaqların görməli yerlərə ziyarətləri, eləcə də təbiət qoynuna ekskursiyasını təşkil etmək, həmçinin doğma diyarlarının inkişafı üçün təklifləri/arzuları, ideyalar əks etdirən müzakirələrin aparılması, istedadlı uşaqların mini-sərgisinin nümayişi də daxil olmaqla, real/virtual təqdimat mərasiminin təşkili ilə post-münaqişə dövründə müharibənin psixoloji-mənəvi gərginliklərini azaltmaq, həssas qruplara yardım etməkdir.

Daha sonra yaradılan klubun rəhbəri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov istedadlı həssas uşaqlar qarşısında kreativ formada çıxış edərək onların incəsənətə, mədəniyyətə, tarixə, Zəfərə, yeni texnologiyalara, ədəbiyyata həvəslərndirib.

Tədbirdə çıxış edən ictimai fəal, tele-ekspert Ceyhun Süleymanlı, valideynlər, tanınmış şəxslərin çıxışlarından sonra kreativ uşaqlar yaradıcı təfəkkürləri nümunələrini, eləcə də Azərbaycan poeziyasının dillərəzbəri olan şeirlərini, Zəfərə, qələbəyə, şəhidlərə həsr olunmuş poeziya nümunələrini, eləcə də vətənpərvərlik mahnılarını səsləndirblər. Daha sonda məclis sual-cavab formasında davam etdirilib, xatirə fotoları çəkilib, iştirakçılara hədiyələr təqdim olunub, çay süfrəsi ətrafında söhbət aparılıb.

Valideynlərin də fəal iştirakıyla 30 nəfərə qədər uşaqların istirahəti mənalı şəkildə təşkil ediləcək. Uşaqlar üçün əyləndirici və öyrədici tanıtım tədbiri daha sonra Zəfər parkında davam etdirilib: burada yeni nəslin nümayəndələri sərgilənən eksponatlarla tanış olublar, suallarına cavablar alıblar. Eyni zamanda gələcək yaradıcılıq nümunələrindən yararlanmaq üçün geniş məlumatlarla tanışlıq iştirakçılarda xoş təəssüratlar yaradıb.

O da bildirilib ki, QHT layihə iştirakçıları üçün aylıq estetik/sənət kursu təşkili olunub və hər dəfə tanınmış bir sima orada uğura aparan yolda estetik-mənəvi zənginliklərin rolu haqqında müzakirələr aparılır. Qrup mədəni terapiyanın metodlarından yararlanmaqla yeniyetmələrin fərdi istedadları və maraqları üzə çıxarılaraq müəyyən istiqamətdə inkişaflarına dəstək verir. İnternet TV verilişlər, sosial şəbəkə resursları, virtual məhsullar vasitəsi ilə daha çox uşağa təsir mexanizmləri formalaşdırılması planlaşdırılıb.

Reallaşdırılan nlayihə fəaliyyətləri zamanı qrup şəkilində şəhid və qazi ailələrinin balaca üzvlərinin şəbəkələşməsi baş tutub. Həssas qrupların övladları bilgilənmə xarakterli oyunlar, görüşlər vasitəsilə onlar estetik və mədəni cəhətdən daha da zənginləşdirilməsinə nail olunur. Uşaqlar üçün əyləndirici və öyrədici tanıtım tədbirləri həyata keçirildiyindən istirahətləri və estetik dünyagörüşləri zənginləşməsi üçün mobil master-klasslar reallaşdırılır ki, bu fəaliyyətlər nəticəsində müxtəlif sənətlərə maraq oyadır. İnteraktiv fəliyyətlər nəticələsində onlarda estetik yaradıcılıq yoluna maraq oyadılıb.

Məlumat üçün onu da bildiriblər ki, İnternet TV verilişlər hazırlanaraq ictimaiyyətə təqdim edilərək, həssas qrupa aid edilən ailələrin övladlarının real və sosial şəbəkələrüstü ünsiyyətinə şərait yaradıldığına görə onların cəmiyyətə inteqrasiyası gücləndirilir. Qrupda toplaşan uşaqlara yönəli davamlı fəaliyyətlər üçün estetik klub yaradıldığından, onların maraqlarına uyğun olaraq dərnək, ansambl, idman komandası, könüllülər qrupu fəaliyyətə başlamaları üçün motivasiya veriləcək, şəbəkələşmə gücləndirilib. Qrup üzvləri üçün fərqli estetik-yaradıcı imkanlar açaraq mədəni ziyarətlərin davam etməklə gənc nəsil nümayəndələrində yüksək mənəvi dəyərlərə, əxlaqi normalara cavab verən dünyagörüş formalaşdırılır. Uşaqlarda estetik-mənəvi dəyərlərə maraq artırılır, sosial bacarıqlar və inam inkişaf etdirilib.

Aktual layihədən həssas qrupa aid edilən Qarabağ müharibəsi şəhidləri və qazilə ailə üzvləri, şəhid anaları və xanımları, yeniyetmələr, gənclər, yaradıcı şəxslər, KİV nümayəndələri, İnternet – sosial media, qlobal şəbəkə istifadəçiləri, eləcə də birbaşa olaraq 8-16 yaşlı uşaqlar faydalanıb.

Layihə cəmiyyətin bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə soydaşlarımızı əhatə edir. Qarabağa qayıdış və vətənpərvərlik mövzusunda geniş təsəvvürləri və sosial təcrübələri olan şəhid anaları, xanımları, yaradıcı insanlar, Vətənə sevgilərini zənginləşdirmək istəyən gənc nəsilin nümayəmdələri layihədə iştirakı təmin olunub.

MUASİRMEDİA.AZ
Nihad Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir